Əli Əliyev

Əli Əliyev

“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü

Əli Abuzər oğlu Əliyev 
14 oktyabr 1951-ci ildə Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur.
Ali məktəbi bitirdikdən sonra təqaüdə çıxanadək fasiləsiz olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində müxtəlif vəzifələrdə çalışmışdır. 

Yaradıcılıqla məşğuldur. 3 kitabın müəllifidir. 

10 oktyabr 1997-ci ildə Hacı Zeynalabdin Tağıyev mükafatı ilə təltif olunmuşdur.
24 yanvar 2005-ci ildən isə Qızıl Qələm mükafatı laureatıdır.
Elinə-obasına bağlı ictimaiyyətçi - ziyalıdır.
“Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

Təqaüdçüdür.

Dövlət qulluğunda yaş həddinə çatdığına görə əmək pensiyası təyin olub.