Firuz bəy Ordubadski

Firuz bəy Ordubadski

İctimai xadim

Hacıyev-Zeynalabdinbəyov Firuz bəy Mehdi bəy oğlu Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu.

1914-cü ildə Kiyev Müqəddəs Vladimir Universitetinin tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu. 1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər.

1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-1930-cu illərdə sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.

Firuz bəy Ordubadski 1937-ci ildə repressiyaya uğramışdı. Firuz bəy Ordubadski 1913-cü ildə Gülsüm xanımla ailə qurmuşdu.